12px13px15px17px
Tarix:28/06/19

“IoT Lab”-ın ali məktəb nümayəndələri üçün açılışı olub

“İKT LAB” Tətbiq və Tədris Mərkəzində “Microsoft Azətbaycan” şirkəti ilə əməkdaşlıq nəticəsində yaradılan “IoT Lab” – “Əşyaların İnterneti” laboratoriyasının ali məktəb nümayəndələri üçün açılışı olub. Tədbirdə “IoT Lab”-ın yaratdığı imkanlar və üstünlüklər izah edilib.
 
Məqsəd ali məktəblərin innovasiya mərkəzləri və texnoparkları ilə əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsidir.
 
Tədbirdə həm də İKT LAB Tətbiq və Tədris Mərkəzinin, “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri çıxış edib. Onlar öz təqdimatlarında laboratoriyanın imkanları, universitetlərə və gənclərə verdiyi üstünlüklər barədə məlumat verib. Eyni zamanda, laboratoriya çərçivəsində ilk dəfə elan edilən “Microsoft IoT Lab Internship” adlı yay təcrübə proqramı barədə məlumat verilib.
 
Təcrübə proqramına artıq 350 nəfərdən çox gənc qeydiyyatdan keçib. Bu gənclər müəyyən edilən tələblər üzrə imtahan olunacaq. İmtahandan uğurla keçənlər təcrübə proqramında iştirak edəcək. Təcrübə proqramı çərçivəsində “Əşyaların İnterneti” istiqamətində real layihələr üzrə işlər aparılacaq.
 
Uğurlu layihələr "Bakutel-2019" sərgisində təqdim ediləcək.
 
Təcrübə proqramına qatıla bilməyən və zəruri bilikləri olmayan gənclər “İKT LAB” tərəfindən təşkil edilən təlimlərdə iştirak edə bilərlər. “IoT Lab” layihəsi, təcrübə proqramı və təlimlər haqqında daha ətraflı məlumatları “iktlab.az” saytından əldə etmək mümkündür.



 









Baxış sayı: 1125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024