12px13px15px17px
Tarix:16/11/11

“Dell” şirkəti analitikləri məyus edib

“Dell” şirkəti bu gün rüblük maliyyə hesabatı dərc edib. Nəticələr analitiklərin gözlədiyindən aşağı olub. “Dell” şirkətinin üçüncü rübdə mədaxili 15,37 milyard dollar təşkil edib, hərçənd ki analitiklər 15,7 milyard dollar olacağını proqnozlaşdırırdılar.

“Dell” şirkətinin xalis gəliri üçüncü rübdə 893 milyon dollar və ya 1 səhm üçün 43 sent təşkil edib. 1 il əvvəl bu göstərici 822 milyon dollar və ya 1 səhm üçün 42 sent olub. “Dell” şirkətinin əməliyyat gəliri 54 sent təşkil edib.

Bugünkü gündə “Dell” şirkətindən bildirirlər ki, ABŞ və Avropada kompyuter texnikasının zəif satışları, həmçinin Taylandda baş vermiş daşqın vəziyyəti bir qədər çətinləşdirir.

“İSİ Group” analitikinin fikrincə, elektron komponentlərin çatışmazlığının “Dell” şirkətinə təsir etmə ehtimalını məqbul sayılmır.

Lakin ABŞ və Avropada satışların azalması probleminin şirkətə daha əhəmiyyətli təsir göstərəcəyini fikirləşirlər. “Dell” şirkətinin maliyyə direktoru Brayen Qleddel Qərbi Avropa və ABŞ-da şirkətin məhsullarına tələbatın aşağı olmasını bildirərək bu fikri təsdiq edib.



Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024