12px13px15px17px
Tarix:04/07/19

Süni intellekt və kompüter təlimi dünyanın texnoloji yenilikləri siyahısında liderdir

Dünya İqtisadi Forumu 2019-cu ildə ən perspektivli texnologiyaların hazırlanması ilə məşğul olan 56 şirkətdən ibarət siyahı dərc edib. Şirkətlərin əksəriyyəti süni intellekt və kompüter təlimi sahəsində fəaliyyət göstərir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech.www.hightech.fm" resursuna istinadən yazır ki, bununla yanaşı, onların çoxu süni intellektin birbaşa inkişafı ilə deyil, bu texnologiyanın digər sahələrdə – "ağıllı" şəhərlər, kibertəhlükəsizlik, ekoloji materiallar, dron və istehsalatda istifadəsi ilə məşğuldur.
 
Siyahıda yer alan bütün şirkətlər Davos Dünya İqtisadi Forumuna dəvət ediləcək. Bu, onlara dünya siyasətçilərinə və böyük sərmayədarlara çıxış əldə etməyə, eləcə də müxtəlif ölkələrdə lazımi tərəfdaşlar tapmağa imkan verəcək.  
 
Siyahıya daxil olan şirkətlər arasında internet vasitəsilə 189 ölkədə 140 dildə pulsuz anonim psixoloji yardım göstərən "7 cups" psixoloji kömək servisi, "Airobotics" dron istehsalçısı, müəssisələrdə məxfi və ya şəxsi informasiyanın sızması hallarının axtarışı ilə məşğul olan "BigID" şirkəti sadalanır.
 
Bundan başqa, Dünya İqtisadi Forumunun reytinqinə süni intellektdən məlumatların analitikası üçün istifadə edən "CyberCube" sığorta şirkəti, "DabaDoc" tibb korporasiyası, dördüncü sənaye inqilabı (Industry 4.0) üçün dünyanın aparıcı "DataProphet" süni intellekt tədarükçüsü, eləcə də korporativ məlumatların rəqəmləşdirilməsi üçün "bulud" platforması yaradan "Descartes Labs" daxil olub.  
 
Nizam Nuriyev




Baxış sayı: 139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 Dekabr 2019

09 12 2019

09/12/19
Beynəlxalq Kosmik Stansiyada robotlar üçün saxlanc yeri quraşdırılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanın kənar səthində avtomatik cihazların saxlanılmas

09/12/19
“Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

“Apple” korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil “iPhone” modelini təqdim edə bilər. Bu haqda

09/12/19
“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib

“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib.

09/12/19
Ağacdan fiber-optik kabel hazırlanıb

İnformasiyanın sürətli ötürülməsi məqsədilə istifadə olunan müasir metal fiber-optik kabellər şüşə və

09/12/19
Düyməli mobil telefonlardan smartfonlara keçid kəllə-beyin travmalarının sayını artırıb

Smartfonların gündəlik həyata daxil olmağa başladığı 2000-ci ilin sonlarından mobil telefonlardan istifad

09/12/19
Çinin nəhəng radio teleskopu yerdən kənar həyatın axtarışlarına başlayıb

Çinin Quancjou əyalətində quraşdırılmış 500 metrlik “FAST” (Five hundred meter Aperture Spherical

09/12/19
“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi

“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar

09/12/19
Alimlər ən uzun və mürəkkəb şifrləmə açarına müdaxilə etməyə nail olublar

Fransalı alimlər ən mürəkkəb şifrləmə açarına müdaxilə ediblər. Bundan ötrü onlar dünyada eyni 

09/12/19
Avropa İttifaqında “Libra” kriptovalyutasından istifadə qadağan edilib

Avropa İttifaqının maliyyə nazirləri dekabrın 5-də keçirilən görüşün yekunu olaraq özəl kriptovalyutaların

09/12/19
“Microsoft” 5 milyard dollarlıq saziş imzalayıb

“Microsoft” korporasiyası dünyanın ən böyük auditor şirkəti “KPMG” ilə əməkdaşlığa başlayıb. Auditor şirk

09/12/19
“WhatsApp” messencerinə yeni funksiya əlavə edilib

“WhatsApp” messencerinin proqramçıları “Any.do” xidməti ilə birgə messencerə yeni funksiya əlavə ediblər