12px13px15px17px
Tarix:05/07/19

Nazir Gəncədə, nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 12 iyul 2019-cu il tarixində saat 12:00-da  Gəncə şəhərində Gəncə və Goranboy sakinlərini, nazirin birinci müavini Əli Abdullayev həmin tarixdə saat 12:00-da  Göygöldə rayon sakinlərini qəbul edəcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
 
Vətəndaşlar "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
 
Bunun üçün vətəndaşlardan Gəncə şəhərində 022 2671059, Goranboy rayonunda 022 2452106, Göygöl rayonunda 022 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.




Baxış sayı: 13221

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024