Tarix:10/07/19
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2018-ci ildə İT sahəsində qlobal xərclər təxminən 3,72 trilyon dollar təşkil edib ki, bu da 2017-ci ilin nəticəsindən 5,1 faiz çoxdur.
2019-cu ildə dünya İT bazarında durğunluq gözlənilir. Şirkət analitiklərinin fikrincə, xərclərin 0,6 faiz artması nəticəsində sahə 3,74 trilyon dollarlıq nəticə nümayiş etdirəcək.
Bu il xərclərin ümumi həcmində məlumat emalı mərkəzləri üçün sistemlərin payı 203 milyard dollar təşkil edəcək. Korporativ sinfə aid proqram təminatı 457 milyard dollar məbləğində qazanc gətirəcək. Avadanlıqlar seqmentində xərclər 682 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
İnformasiya texnologiyaları sahəsində müxtəlif servislərin gəliri 1,03 trilyon dollara bərabər olacaq. 1,37 trilyon dollar dünya İT bazarının ən böyük seqmenti olaraq qalacaq kommunikasiya servisləri sektorunun payına düşəcək.
“Gartner” analitiklərinin qənaətinə görə, 2020-ci ildə İT sahəsində qlobal miqyasda xərclər 3,7 faiz artaraq 3,88 trilyon dollara çatacaq.
Nizam Nuriyev
Bu il dünya İT bazarında durğunluq gözlənilir
“Gartner” şirkəti cari il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2018-ci ildə İT sahəsində qlobal xərclər təxminən 3,72 trilyon dollar təşkil edib ki, bu da 2017-ci ilin nəticəsindən 5,1 faiz çoxdur.
2019-cu ildə dünya İT bazarında durğunluq gözlənilir. Şirkət analitiklərinin fikrincə, xərclərin 0,6 faiz artması nəticəsində sahə 3,74 trilyon dollarlıq nəticə nümayiş etdirəcək.
Bu il xərclərin ümumi həcmində məlumat emalı mərkəzləri üçün sistemlərin payı 203 milyard dollar təşkil edəcək. Korporativ sinfə aid proqram təminatı 457 milyard dollar məbləğində qazanc gətirəcək. Avadanlıqlar seqmentində xərclər 682 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
İnformasiya texnologiyaları sahəsində müxtəlif servislərin gəliri 1,03 trilyon dollara bərabər olacaq. 1,37 trilyon dollar dünya İT bazarının ən böyük seqmenti olaraq qalacaq kommunikasiya servisləri sektorunun payına düşəcək.
“Gartner” analitiklərinin qənaətinə görə, 2020-ci ildə İT sahəsində qlobal miqyasda xərclər 3,7 faiz artaraq 3,88 trilyon dollara çatacaq.
Nizam Nuriyev
Baxış sayı: 1205
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır