12px13px15px17px
Tarix:12/07/19

“Viber” messencerində biznes üçün yeni funksiyalar əlçatan olub

“Viber” messencerində biznes üçün yeni funksiyalar əlçatan olub. Şirkətlərin profilləri haqqında informasiyadan ibarət səhifələr, həmçinin biznes mesajlara videonun əlavə edilməsi imkanı həmin funksiyalar sırasındadır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ənənəvi biznes mesajlarının imkanları, həmçinin genişləndiriləcək. Şirkətlər öz mesajlarına yalnız şəkil deyil, həm də çarxlar əlavə edə biləcəklər ki, bu da müştərilərin cəlb olunmasını artırmağa kömək edəcək.
 
Biznes mesajlar istifadəçilərə bilavasitə proqram daxilində brend şirkətlərdən münasib informasiya əldə etməyə imkan verir. SMS-dən fərqli olaraq, biznes mesajlar interaktivdir: mətn, foto, video, stiker və bir çox başqa əyləncəli məzmun göndərmək mümkündür.
 
Emil Hüseynov



Baxış sayı: 1601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024