12px13px15px17px
Tarix:26/07/19

“Google” ucuz smartfonlar üçün optimallaşdırılmış foto proqram təqdim edib

“Google” şirkəti “Android” sistemi ilə işləyən zəif və ucuz qurğular üçün optimallaşdırılmış “Go” proqramlar xəttini genişləndirib. "Google Photo" mobil tətbiqinin qənaətcil alternativi olan “Gallery Go” yaddaşda daha az yer tutur və oflayn rejimdə işləmək üçün funksiyalara malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Gallery Go” proqramı “Android” sistemində internetə qeyri-stabil qoşulma zamanı media-kitabxananı sistemləşdirməyə imkan verir. "Google Photo" proqramında olduğu kimi, kompüter təlimi alqoritmləri şəkilləri qruplaşdırmağa və nizamlamağa kömək edir. Həmçinin proqram bir düyməyə sıxmaqla şəklin keyfiyyətini yaxşılaşdıra və filtrlər tətbiq edə bilir. Proqramın tutumu 10 meqabaytdır.
Yeni proqramı “Google Play” mağazasından yükləmək mümkündür. “Android 8.1 Oreo” və sonrakı versiyalarla işləyən qurğulara quraşdırma mümkündür.
 
Emil Hüseynov



Baxış sayı: 1082

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 İyul 2020

10 07 2020

10/07/20
“iOS 14” əməliyyat sistemi əlçatan olub

“Apple” korporasiyası “iOS 14” əməliyyat sisteminin ilk ictimai beta versiyasını təqdim edib. Smartfonlar

10/07/20
İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb. Bu haqda İsrailin Müdafiə Nazirliyinə istinadən “Sin

10/07/20
“Huawei” yeni smartfonunu təqdim edib

“Huawei” şirkəti “P40 Pro ” adlı qabaqcıl smartfonunu təqdim edib.

10/07/20
“Snapdragon 865 Plus” platformalı “Xiaomi” smartfonu buraxılacaq

Çinin “Xiaomi” şirkəti “M2007J1SC” kod adı ilə qeydə alınan qabaqcıl smartfon hazırlayır.

10/07/20
“Apple” planşetlər üçün prosessorlar bazarında ən böyük paya sahibdir

“Strategy Analytics” şirkəti hesablama apararaq ilin ikinci rübündə planşet kompüterləri üçün proqra

10/07/20
“3D” printer vasitəsilə ilk ikimərtəbəli ev yaradılıb

Belçikada üçölçülü printer vasitəsilə ucaldılan dünyada ilk ikimərtəbəli ev yaradılıb.

10/07/20
Dünya fərdi kompüterlər bazarında artım qeydə alınıb

“Canalys” şirkəti ilin ikinci rübündə dünya fərdi kompüterlər bazarı üzrə aparılan tədqiqatın