Tarix:17/11/11
BTRİB-in baş direktor müavini Xankişi Kişiyev bildirib ki, tədbirlər planının tərkib hissəsi olaraq paytaxtın cənub hissəsində optik kabel xəttinin tikintisi başa çatdırılıb. “Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edir”.
Bu, paytaxt rabitəsinin Bakı-Astara TAE xəttindən asılılığının da aradan qaldırılması deməkdir. Belə ki, əvvəllər adıçəkilən istiqamətdə rabitə bu xətt ilə təmin edilirdi. Hazırda isə BTRİB-in Ələt istiqamətində müstəqil optik kabel rabitəsi mövcuddur.
Qeyd edək ki, bu layihənin həyata keçirilməsi sakinlərin rabitə xidməti ilə yanaşı, gələcəkdə Qaradağ rayonu ərazisində nəzərdə tutulan İqtisadi zonanın, Sənaye şəhərciyinin və hazırda tikintisi sürətlə davam etdirilən Dəniz Limanının informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə hesablanıb.
Bakı-Ələt optik kabelin tikintisi başa çatdı
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt rabitəsinin daha da modernləşdirilməsi, sakinlərin yüksək keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə rədbirlər görülür.BTRİB-in baş direktor müavini Xankişi Kişiyev bildirib ki, tədbirlər planının tərkib hissəsi olaraq paytaxtın cənub hissəsində optik kabel xəttinin tikintisi başa çatdırılıb. “Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edir”.
Bu, paytaxt rabitəsinin Bakı-Astara TAE xəttindən asılılığının da aradan qaldırılması deməkdir. Belə ki, əvvəllər adıçəkilən istiqamətdə rabitə bu xətt ilə təmin edilirdi. Hazırda isə BTRİB-in Ələt istiqamətində müstəqil optik kabel rabitəsi mövcuddur.
Qeyd edək ki, bu layihənin həyata keçirilməsi sakinlərin rabitə xidməti ilə yanaşı, gələcəkdə Qaradağ rayonu ərazisində nəzərdə tutulan İqtisadi zonanın, Sənaye şəhərciyinin və hazırda tikintisi sürətlə davam etdirilən Dəniz Limanının informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə hesablanıb.
Baxış sayı: 1414
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı