12px13px15px17px
Tarix:18/11/11

2012-ci ildə büdcədən "Elektron Azərbaycan" dövlət proqramının həyata keçirilməsinə 10 milyon manat ayrılacaq

2012-ci ildə büdcədən "Elektron Azərbaycan" dövlət proqramının həyata keçirilməsinə 10 milyon manat ayrılacaq. Ölkənin "2012-ci il üçün büdcə layihəsi"ndə deyilir.

Vəsait Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003 - 2012-ci illər) həyata keçirilməsi məqsədilə dövlət başçısı tərəfindən təsdiq edilməsi üçün imzalanan "2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı ("Elektion Azərbaycan") sərəncamına əsasən ayrılacaq. Vəsait İKT-nin dövlət orqanlarında və özünüidarəetmə orqanlarında geniş tətbiqinin təmin edilməsinə, rəsmi internet-resursların təkmilləşdirilməsinə, telekommunikasiya və poçt infrastrukturunun, elektron xidmətlərin inkişafı üçün rəqabətli və ixracyönümlü informasiya-kommunikasiya texnologiyalarının potensialının gücləndirilməsinə yönəldiləcək.



Baxış sayı: 1547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024