12px13px15px17px
Tarix:18/11/11

Dövlət Radiotezliklər İdarəsi avadanlıqların alqı-satqısı üzrə tender elan edib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi mərkəzləşdirilmiş avtomatlaşdırılmış radiomonitorinq şəbəkəsinin yaradılması çərçivəsində idarəetmə mərkəzi üçün Bakı və Abşeron yarımadasında üç stasionar və bir mobil stansiyanın və avadanlıqlarının alqı-satqısı və quraşdırılması üzrə tender elan edib.

Tenderdə iştirak qiyməti 5 min manat təşkil edir. İlkin tender sənədləri tender komissiyası tərəfindən dekabrın 19-da saat 17:00-dək Poçt Daşıma Mərkəzində qəbul edilir.

Tender təklifləri dekabrın 27-si saat 17:00-dək qəbul edilir. Tender proseduru dekabrın 28-də saat 11:00-da təşkil ediləcək. Əlavə məlumatı 498-79-49, 598-27-43 telefon nömrələri ilə almaq mümkündür. Əlaqəli şəxs Nadir Sadıqovdur.



Baxış sayı: 1427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024