12px13px15px17px
Tarix:18/11/11

“İntel” şirkəti ultrabukları sensor ekranla təchiz edəcək

“İntel” şirkətinin icraçı direktoru Pol Otellini bildirib ki, növbəti il üçün korporasiyanın əsas məsələlərindən biri bazara sensor dəstəkli ultrabuklar çıxartmaqdır.

“İntel” şirkəti rəhbərinin sözlərinə əsasən, sensor ekranla olacaq ultrabuklar üçün proqram platforması kimi “Windows 8” əməliyyat sistemi seçilib. Belə qurğular bazarda 2012-ci ilin ikinci yarısında olacaqlar.

İstehsal edilməsi 2012-ci ilə planlaşdırılan ikinci nəsil ultrabukların əsasını 22 nanometr texnologiya ilə hazırlanan “İvy Bridge” prosessorları təşkil edəcək. Prosessorlar müasir 32 nanometr texnologiya ilə hazırlanan məmulatlar ilə müqayisədə 37% sürət artımı təmin edəcəklər.

Analitiklərin hesablamalarına əsasən, cari il ultrabuklar noutbuk bazarının təxminən 2%-ni tutacaqlar. 2012-ci ildə bu göstərici 13%-ə qədər artacaq, 2015-ci ildə isə 40%-i ötəcək.



Baxış sayı: 1109

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024