12px13px15px17px
Tarix:18/11/11

“Skype” və “Facebook” istifadəçiləri üçün videoəlaqə yaratdı

“Skype” internet-telefoniya xidmətinin istifadəçiləri “Facebook” istifadəçiləri ilə videoəlaqə yarada biləcəklər. “Facebook” istifadəçiləri, həmçinin “Skype” istifadəçilərinə zəng edə biləcəklər. Yeni funksiya hələ beta-test mərhələsindədir və həm “Skype” istifadəçiləri, həm də onların “Facebook” şəbəkəsindəki kolleqa və dostları üçün pulsuzdur.

Qeyd edək ki, cari ilin iyul ayında “Facebook” istifadəçilərə bir-birləri ilə veb-kamera vasitəsi ilə şəbəkədəki xüsusi proqram təminatı ilə əlaqə yaratmağa imkan yaradıb. Həmin proqram təminatı texniki cəhətdən “Skype”-a əsaslanır.

Bir qədər sonra “Facebook” nümayəndələri “Facebook-Skype” səs ilə əlaqə saxlamaq imkanını təşkil ediblər. Hal-hazırda isə sosial şəbəkədə lazımi videokodek yaradılıb, “Skype” isə iki platforma istifadəçiləri arasında videoəlaqə üçün imkan yaradıb.

Beləliklə, indi “Facebook” istifadəçiləri praktik olaraq “Skype” istifadəçilərinin malik olduğu bütün imkanları əldə edirlər. “Skype”-ın strategiya üzrə direktoru Conatan Rozenberq bildirib ki, 2 şirkət milyardlarla insanın bir-biri ilə ünsiyyət saxlamağı üçün həll yaradır.

Son statistik məlumatlara əsasən, hal-hazırda “Facebook” sosial şəbəkəsindən 800 milyondan çox insan istifadə edir, “Skype” bazası isə təxminən 170 milyon insan təşkil edir.



Baxış sayı: 1393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024