12px13px15px17px
Tarix:18/11/11

Ən peşəkar rabitəçi kimdir?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi münasibətilə “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi peşə yarışmasının həlledici mərhələsi arxada qaldı.

Respublika üzrə ayrı-ayrı birlik və müəssisələrin qalibləri sırasında ən peşəkarlarını müəyyən etmək üçün keçirilən yarışların nəticələri aşağıdakı kimi olmuşdur:

“Ən peşəkar kross işçisi” nominasiyası üzrə:

- 1-ci yerə “Aztelekom" İB Şəki TKQ-nin kross mühəndisi Süleymanov Telman Nimət oğlu və BTRİB STQ-nin 427 saylı ATS-in böyük elektromexaniki Əliyeva Lalə Mirzəhüseyn (müsabiqə nəticələrinin cüzi fərqliliyini və onların uzun müddət rabitə sahəsində çalışdıqlarını nəzərə alaraq)

- 2-ci yerə
Hacıyev Çingiz Kərim oğlu - Naxçıvan MR RİTN Naxçıvan şəhər Rabitə İdarəsinin el.mexaniki;

- 3-cü yerə Cabbarova Gülbəniz Nəcəf qızı -“AzEvroTel” MMC-nin kross üzrə texnik-mütəxəssisi.

“Ən peşəkar montyor” nominasiyası üzrə:

- 1-ci yerə
Xanadanov Ziyad Ramazan oğlu -"Aztelekom" İB Quba TKQ-nin el. montyoru;



- 2-ci yerə
Mənsimov Ədalət Yasər oğlu - BTRİB QTQ-nin el. montyoru; - 3-cü yerə Məmmədov Vüsal Abbasəli oğlu - Naxçıvan MR RİTN Kəngərli rayon Rabitə İdarəsinin el.montyoru.

“Ən peşəkar kabel calayıcısı” nominasiyası üzrə:

- 1-ci yerə
Abbasov Mehman Soltanəli oğlu - BTRİB XTQ-nin kabel calayıcısı;

- 2-ci yerə Fərzəliyev Ağaqulu Zülfüqar oğlu - "Aztelekom" İB Abşeron TKQ-nin kabel calayıcısı;

- 3-cü yerə Budaqov Urşan Tahar oğlu - Naxçıvan MR RİTN Naxçıvan şəhər Rabitə İdarəsinin kabel calayıcısı.

“Ən peşəkar fiber optik kabel calayıcısı” nominasiyası üzrə:

- 1-ci yerə
Əliyev Üzeyir Arif oğlu - Naxçıvan MR RİTN Naxçıvan şəhər Rabitə İdarəsinin Elektron avadanlıqların təmiri sexinin rəisi;

- 2-ci yerə
BTRİB BKQ-nin kabel calayıcısı Musayev Zaur Nurəddin oğlu və "Aztelekom" İB KMTQ Quba 8 saylı kabel sahəsinin qaynaqçı-operatoru Həsənov Elşən Yadigar oğlu (müsabiqə nəticələri eyni olduğundan hər iki iştirakçı);

- 3-cü yerə
Əzizov Şahin Şamxal oğlu - “AzEvroTel” MMC-nin optik kabel calayıcısı.

“Ən peşəkar poçt əməliyyatçısı” nominasiyası üzrə:

- 1-ci yerə Rəhmanova Rahilə İbrahimxəlil qızı - 1 saylı poçt filialının 25 saylı poçt şöbəsinin əməliyyatçısı;

- 2-ci yerə Məmmədova Səbinə Həsən qızı - Naxçıvan MR RİTN Naxçıvan şəhər Rabitə İdarəsinin əməliyyatçısı;

- 3-cü yerə Əhmədova Sayalı Əhməd qızı - Abşeron poçt filialının MXŞ-nin əməliyyatçısı.

“Ən peşəkar poçtalyon” nominasiyası üzrə:

- 1-ci yerə Həsənov Namiq Ədalət oğlu - Naxçıvan MR RİTN Naxçıvan şəhər Rabitə İdarəsinin poçtalyonu;

- 2-ci yerə Babayev Tərlan Abduləhməd oğlu - Neftçala poçt filialının 4 saylı poçt şöbəsinin poçtalyonu;

- 3-cü yerə Rüstəmov Məmmədəli Fətəli oğlu -1 saylı poçt filialının 10 saylı poçt şöbəsinin poçtalyonu.



Baxış sayı: 2234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024