12px13px15px17px
Tarix:21/06/11

İlin ikinci yarısında sərt disklər defisit olacaq

Dünyada sərt disklər üçün mikrosxemlərin ən böyük istehsalçıları – “Texas İnstruments” və “Renesas Electronics” şirkətinin 2011-ci il mart ayının 11-də zəlzələdən zərər çəkmiş fabriklərində işi bərpa etməsinə baxmayaraq, 2011-ci ilin üçüncü rübündə sərt disklərin istehsalı keçən ilin göstəricilərindən aşağı olacaq.
İyul-avqust dövrü ənənəvi olaraq pik sayılır, belə ki, kompyuter və başqa qurğu istehsalçıları məktəb mövsümünün başlanğıcına hazırlanır və qış aylarında satışa çıxarılır. Tayvanın HDD və komponent bazarı iştirakçılarının fikrincə, ikinci yarımillikdə ümumdünya bazarı sərt disklərin defisiti ilə qarşılaşacaq.
Bu itkilər Yaponiyada baş verən dağıdıcı qəzanın nəticəsidir. İndi istehsalçılar zəlzələdən sonra istehsal edilən məhsulların yenidən sertifikatlaşdırılması prosedurlarını keçməyə məcbur ediliblər. Bu da əvvəlki istehsal həcmlərinə çatmağa mane olur.
ş“İHS iSuppli” analitiklərinin bu yaxınlardakı tədqiqat hesabatında bildirilib ki, 2010-cu ilin nəticələrinə görə, HDD dünya çatdırmalarının həcmi 652,4 milyon ədəd təşkil edib. 2011-ci ilə proqnoz hələ açıqlanmayıb.



Baxış sayı: 1993

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024