12px13px15px17px
Tarix:18/09/19

Peyk internetinə rəqib texnologiya hazırlanıb

Yaponiyanın "HAPS Mobile" şirkəti orbital radioötürücü aparatlar və raket buraxılışları üçün orijinal alternativ texnologiya kəşf edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, "HAWK30" adlı qeyri-adi pilotsuz uçan aparat konstruksiyası 10 elektromotora malik böyük qanaddan ibarətdir. Yüksək hündürlükdə (təxminən 20 km) uçuşlar üçün nəzərdə tutulan dron günəş batareyaları ilə təchiz olunub. Onlar qurğuya təkrar enerji toplamadan havada uzun müddət qalmağa imkan verir.
 
Bildirilir ki, retranslyator funksiyalarını yerinə yetirəcək "HAPS" pilotsuz uçuş aparatı mobil internetin paylanılması üçün baza stansiyası qismində istifadə oluna bilər. Yerüstü avadanlıqdan fərqli olaraq onun siqnalı bina və qurğular tərəfindən maneələrin təsirinə daha az məruz qalır.
 
Artıq uçuş sınaqları keçirilən qeyri-adi aparat perspektivdə bahalı peyk internetinə rəqib olacaq.
 
Nizam Nuriyev





Baxış sayı: 3220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024