12px13px15px17px
Tarix:30/09/19

Fərdi kompüter, planşet və mobil telefonların tədarükü 4 faiz azalacaq

2019-cu ildə fərdi kompüter, planşet və mobil telefonların qlobal tədarük həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,9 faiz azalaraq 2,14 milyard ədəd təşkil edəcək. Bu barədə “Gartner” tədqiqat şirkətinin proqnozunda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlərin fikrincə, 2020-ci ildə bu qurğulara tələbat bərpa olunacaq və onların tədarükü 2,155 milyard ədədə çatacaq. 2022-ci ildə isə 2,156 milyard ədədədək artım gözlənilir.
 
Şirkətin qiymətləndirməsinə görə, dünyada istifadə edilən mobil telefonların sayı 5 milyardı ötür. Dünya smartfonlar bazarında uzunmüddətli artımdan sonra onun üçün dönüş nöqtəsi başlayıb. 2019-cu ildə smartfonların satışı 3,2 faiz azalacaq ki, bu da tədqiqatda nəzərdən keçirilən bütün kateqoriya qurğular arasında ən pis dinamika olacaq.
 
“Bu, istehlakçıların telefonlardan uzun müddət istifadə etməsi ilə əlaqədardır, çünki yeni texnologiyalar diqqəti az cəlb etməyə başlayıb”, – şirkətin tədqiqatlar üzrə baş direktoru Racit Atval bildirib.
 
Mütəxəssislərin sözlərinə görə, 2019-cu ildə “iOS” və “Android” sistemli bahalı smartfonların istismar müddəti artmaqda davam edir. Onların keyfiyyəti və texniki imkanları xeyli yaxşılaşıb və istifadəçilər onları iki il istifadədən sonra dəyişdirmək istəmirlər.
 
“Gartner” şirkətinin proqnozuna görə, 2020-2021-ci illərdə dünya mobil telefonlar bazarının həcmi müvafiq olaraq 1,77 və 1,78 milyon ədəd təşkil edəcək.
 
Tədqiqatda, həmçinin ənənəvi fərdi kompüterlərə tələbatın azalacağı proqnozlaşdırılır. 2019-cu ildən onların satış həcmi 188,4 milyon, 2020-ci ildə 177,9 milyon, 2021-ci ildə 169,2 milyon ədədə bərabər olacaq.
 
Analitiklərin proqnozuna görə, 2019-cu ildə bütün dünyada 256 milyon fərdi kompüter növü buraxılacaq ki, bu da ötənilki göstəricidən 1,5 faiz azdır. Aprel-iyunda bazarın həcmində 1,5 faiz – 63 milyon ədədədək artım qeydə alınıb.
 
Nizam Nuriyev




Baxış sayı: 1284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024