Tarix:01/10/19
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, 1 fevral 2020-ci il tarixindən etibarən “Android 2.3.7” əməliyyat sisteminin və onun əvvəlki versiyalarının, eləcə də “iOS 8” əməliyyat sisteminin və onun əvvəlki versiyalarının dəstəklənməsi dayandırılacaq. Qeyd olunan əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri göstərilən tarixədək yeni hesab yaratmadan və ya mövcud hesabı təkrar aktiv etmədən əvvəllər quraşdırılmış proqramdan istifadə edə biləcəklər.
Bundan başqa, 2019-cu il dekabrın 31-də “Windows Phone” əməliyyat sisteminin dəstəklənməsi tam dayandırılacaq.
Hazırda dəstəklənən mobil əməliyyat sistemləri siyahısına “Android 4.0.3” sistemi və onun əvvəlki versiyaları, “iOS 9” sistemi və onun sonrakı versiyaları, eləcə də “KaiOS 2.5.1” sistemli bir sıra telefonlar, o cümlədən yeni “JioPhone” və “JioPhone 2” daxildir.
Bildirilir ki, yazışmaların (çatlar) bir platformadan digərinə köçürülməsi mümkün olmayacaq. Qurğunun digər əməliyyat sisteminin idarəetməsi ilə işləyən modelə dəyişdirilməsi zamanı yazışmalar tarixçəsini elektron poçtla köçürmək olar.
Nizam Nuriyev
“WhatsApp” köhnə smartfonlarda işləməyəcək
“WhatsApp” messencerinin tərtibatçıları mobil əlavənin sistem tələbləri üçün dəyişikliklər siyahısını dərc ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, 1 fevral 2020-ci il tarixindən etibarən “Android 2.3.7” əməliyyat sisteminin və onun əvvəlki versiyalarının, eləcə də “iOS 8” əməliyyat sisteminin və onun əvvəlki versiyalarının dəstəklənməsi dayandırılacaq. Qeyd olunan əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri göstərilən tarixədək yeni hesab yaratmadan və ya mövcud hesabı təkrar aktiv etmədən əvvəllər quraşdırılmış proqramdan istifadə edə biləcəklər.
Bundan başqa, 2019-cu il dekabrın 31-də “Windows Phone” əməliyyat sisteminin dəstəklənməsi tam dayandırılacaq.
Hazırda dəstəklənən mobil əməliyyat sistemləri siyahısına “Android 4.0.3” sistemi və onun əvvəlki versiyaları, “iOS 9” sistemi və onun sonrakı versiyaları, eləcə də “KaiOS 2.5.1” sistemli bir sıra telefonlar, o cümlədən yeni “JioPhone” və “JioPhone 2” daxildir.
Bildirilir ki, yazışmaların (çatlar) bir platformadan digərinə köçürülməsi mümkün olmayacaq. Qurğunun digər əməliyyat sisteminin idarəetməsi ilə işləyən modelə dəyişdirilməsi zamanı yazışmalar tarixçəsini elektron poçtla köçürmək olar.
Nizam Nuriyev
Baxış sayı: 8457
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib