12px13px15px17px
Tarix:21/06/11

İTİ-nin şəbəkə təhlükəsizliyi məsələləri üzrə mütəxəssisləri Türkiyəyə ezam olunublar

İstanbulda TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının himayəsi altında “Identity Provider” (İdentifikasiya provayderi) şəbəkə xidməti üzrə təlim kursları keçirilir.
21-23 iyun 2011-ci il tarixlərdə Mərmərə Universitetində keçirilən treninqdə iştirak etmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun şəbəkə təhlükəsizliyi məsələləri üzrə mütəxəssisləri Türkiyəyə ezam olunublar.
İdentifikasiya infrastrukturunun yaradılması məsələləri üzrə keçiriləcək təlimlərdə İTİ-nin baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun rəhbərlik etdiyi nümayəndə qrupu iştirak edəcək. Təlim kurslarında proqram təminatları və protokollar haqqında əldə edilən praktiki biliklərdən gələcəkdə AzScienceNet elm kompyuter şəbəkəsinin monitorinqi və şəbəkədə istənilən xidmətlər üçün vahid idarəetmə sisteminin yaradılması məqsədlərində istifadə ediləcək.



Baxış sayı: 1177

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024