“Apple” 2012-ci ildə ən böyük kompyuter istehsalçısı olacaq
“Apple” korporasiyası 2012-ci ildə ən böyük kompyuter istehsalçısı olacaq. “Canalys” analitik şirkətinin ekspertləri bu nəticəyə gəliblər. Qeyd edək ki, mütəxəssislər planşetləri də kompyuter sinfinə aid ediblər.
“Canalys” şirkətindən qeyd ediblər ki, cəmi 1 il ərzində kompyuter bazarında “Apple” korporasiyasının payı 9%-dan 15%-ə qədər artıb. Hələ ki siyahıya 16% göstərici ilə “HP” şirkəti liderlik edir. Ekspertlər güman edir ki, “Apple” şirkəti cari ilin IV rübünün nəticəsinə görə birinci yeri tutacaq. Lakin 2012-ci ildə bu ehtimal daha real ola bilər.
“Canalys” şirkətinin hesablamalarına əsasən, 2011-ci ilin nəticəsinə görə kompyuter tədarükləri 15% artacaq və 415 milyon təşkil edəcək.
Baxış sayı: 1246
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır