Tarix:21/06/11
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ICTnews-ə verdiyi məlumata görə, yaxın vaxtlarda Dövlət yol patrul xidməti avtomobillərinin kompyuterlə təchiz edilməsi gözlənilir.”Bu, yol polisi sistemində yeniliklərdən biri sayılır. Bütün avtomobillər haqqında məlumatlar kompyuterə yerləşdirildiyindən yol patrul xidməti əməkdaşı istənilən avtomobilin nömrə nişanını kompyuterə daxil etməklə avtomobil və sürücü haqqında dərhal məlumat ala biləcək” – deyə K.Əliyev bildirib.
Online olaraq mərkəzi serverə birləşdiriləcək kompyuterdə sürücülük vəsiqəsi, avtomobilin texniki baxışdan keçməsi və s. haqqında məlumatlar yerləşdiriləcək. Yəni yol polisi əməkdaşı avtomobili saxlamadan onun sürücüsü və avtomobil haqqında məlumat əldə edə biləcək.
K.Əliyev daha sonra bildirdi ki, yeniliyin tətbiqi ilə əlaqədar olaraq yol patrul xidməti əməkdaşlarının informasiya texnologiyaları sahəsində biliklərinin artırılması üçün müvafiq kursların təşkil edilməsi də nəzərdə tutulub.
Yol polisləri sürücüyə yaxınlaşmadan kompyuter vasitəsi ilə onun “kim” olduğunu biləcək
Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı bütün sahələrin, o cümlədən, Dövlət yol patrul xidməti sisteminin işinin modernləşdirilməsinə şərait yaradıb.Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ICTnews-ə verdiyi məlumata görə, yaxın vaxtlarda Dövlət yol patrul xidməti avtomobillərinin kompyuterlə təchiz edilməsi gözlənilir.”Bu, yol polisi sistemində yeniliklərdən biri sayılır. Bütün avtomobillər haqqında məlumatlar kompyuterə yerləşdirildiyindən yol patrul xidməti əməkdaşı istənilən avtomobilin nömrə nişanını kompyuterə daxil etməklə avtomobil və sürücü haqqında dərhal məlumat ala biləcək” – deyə K.Əliyev bildirib.
Online olaraq mərkəzi serverə birləşdiriləcək kompyuterdə sürücülük vəsiqəsi, avtomobilin texniki baxışdan keçməsi və s. haqqında məlumatlar yerləşdiriləcək. Yəni yol polisi əməkdaşı avtomobili saxlamadan onun sürücüsü və avtomobil haqqında məlumat əldə edə biləcək.
K.Əliyev daha sonra bildirdi ki, yeniliyin tətbiqi ilə əlaqədar olaraq yol patrul xidməti əməkdaşlarının informasiya texnologiyaları sahəsində biliklərinin artırılması üçün müvafiq kursların təşkil edilməsi də nəzərdə tutulub.
Baxış sayı: 3755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır