Tarix:22/11/11
Hər il İstehlakçı Elektronikası Assosiasiyası (Consumer Electronics Association® — CEA) tərəfindən keçirilən “CES” istehlakçı elektronikası sahəsində ən mühüm beynəlxalq mükafat hesab olunur. Son üç ildə “Samsung” şirkəti 90 “CES” mükafatını əldə etmişdir – 2011-ci ildə 37 və 2010-cu ildə 23.
Builki 30 mükafatın ikisi "Best of İnnovation” nominasiyasına, dördü isə "Eco-Design” nominasiyasına aiddir. “CES İnnovations” proqramında iştirak edən məhsullar müstəqil mütəxəssislərdən (sənaye dizaynerləri, mühəndislər və KİV nümayəndələri) ibarət olan xüsusi qrup tərəfindən seçilir. Onlar 36 kateqoriyada istehlakçı elektronikasının qabaqcıl məhsullarının dizayn və texnologiyalarını qiymətləndirir.
“Dizayn və texnologiya sahəsindəki innovasiyalar “Samsung” məhsullarının çox mühüm cəhətidir. “CEA” assosiasiyasının müxtəlif məhsul kateqoriyalarında tədqiqat və işləmələr sahəsindəki xidmətlərimizi yüksək qiymətləndirməsini özümüzə şərəf bilirik.
İstifadəçilərimizə 2012-ci ildə innovasiyalı qurğularımızla yeni imkanları təqdim edəcəyimiz anı səbirsizliklə gözləyirik”, - deyə “Samsung Electronics America” şirkətinin prezidenti və baş icraçı direktoru Y.K.Kim qeyd etdi.
“Samsung Electronics” şirkəti televizor, ev kinoteatr sistemi, mobil telefon, planşet, mobil kompyuter, monitor, məişət texnikası, SSD-toplayıcı, maye-kristallı panel və kompyuter hissələri kimi məhsullar üçün mükafat almışdır.
Bütün sadalanan məhsullar 2012-ci il 10-13 yanvar tarixlərində “Las Vegas Convention Center”-da keçiriləcək beynəlxalq “CES 2012” sərgisində təqdim ediləcək.
Qalib gəlmiş məhsulların əksəriyyəti ilk dəfə 2012-ci il 9 yanvar tarixində saat 14:00-a təyin olunmuş “Samsung CES” mətbuat konfransında nümayiş olunacaq.
“Samsung Electronics” “CES - 2012 İnnovation” mükafatına layiq görüldü
İstehlakçı elektronikası, yarımkeçirici və telekommunikasiyalar sahəsində dünya lideri, innovasiyalar sahəsində bir çox mükafatlara sahib olan “Samsung Electronics” şirkəti “İnternational Consumer Electronics Show (Beynəlxalq İstehlakçı Elektronikası Sərgisi - CES) 2012” sərgisində 30 məhsul üzrə yüksək qiymətlərə layiq görüldü.Hər il İstehlakçı Elektronikası Assosiasiyası (Consumer Electronics Association® — CEA) tərəfindən keçirilən “CES” istehlakçı elektronikası sahəsində ən mühüm beynəlxalq mükafat hesab olunur. Son üç ildə “Samsung” şirkəti 90 “CES” mükafatını əldə etmişdir – 2011-ci ildə 37 və 2010-cu ildə 23.
Builki 30 mükafatın ikisi "Best of İnnovation” nominasiyasına, dördü isə "Eco-Design” nominasiyasına aiddir. “CES İnnovations” proqramında iştirak edən məhsullar müstəqil mütəxəssislərdən (sənaye dizaynerləri, mühəndislər və KİV nümayəndələri) ibarət olan xüsusi qrup tərəfindən seçilir. Onlar 36 kateqoriyada istehlakçı elektronikasının qabaqcıl məhsullarının dizayn və texnologiyalarını qiymətləndirir.
“Dizayn və texnologiya sahəsindəki innovasiyalar “Samsung” məhsullarının çox mühüm cəhətidir. “CEA” assosiasiyasının müxtəlif məhsul kateqoriyalarında tədqiqat və işləmələr sahəsindəki xidmətlərimizi yüksək qiymətləndirməsini özümüzə şərəf bilirik.
İstifadəçilərimizə 2012-ci ildə innovasiyalı qurğularımızla yeni imkanları təqdim edəcəyimiz anı səbirsizliklə gözləyirik”, - deyə “Samsung Electronics America” şirkətinin prezidenti və baş icraçı direktoru Y.K.Kim qeyd etdi.
“Samsung Electronics” şirkəti televizor, ev kinoteatr sistemi, mobil telefon, planşet, mobil kompyuter, monitor, məişət texnikası, SSD-toplayıcı, maye-kristallı panel və kompyuter hissələri kimi məhsullar üçün mükafat almışdır.
Bütün sadalanan məhsullar 2012-ci il 10-13 yanvar tarixlərində “Las Vegas Convention Center”-da keçiriləcək beynəlxalq “CES 2012” sərgisində təqdim ediləcək.
Qalib gəlmiş məhsulların əksəriyyəti ilk dəfə 2012-ci il 9 yanvar tarixində saat 14:00-a təyin olunmuş “Samsung CES” mətbuat konfransında nümayiş olunacaq.
Baxış sayı: 1077
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır