12px13px15px17px
Tarix:23/11/11

“Hotmail” yaradıcısı SMS sahəsində inqilaba söz verib

Hindistanın İT sahibkarı Sabir Bxatia dünən pulsuz mətn mesaj xidmətini təqdim edərək bildirib ki, yenilik inqilabi olacaq. Qeyd edək ki, Bxatia 15 il əvvəl məşhur “Hotmail” poçt xidmətinin həmtəsisçilərindən biri olub.

Yeni xidmət rəsmi olaraq dünən Mumbayda mətbuat konfransında istifadəyə verilib. O, istifadəçi mobil telefonundan istənilən digər mobil telefona mətn mesajları göndərilməsi üçün nəzərdə tutulub.

Əsas xüsusiyyəti ondan ibarətdir ki, mesajı qəbul edən əgər onda “JaxtrSMS” əlavəsi qurulmamışdırsa belə mesajı qəbul edə biləcək. Bildirilib ki, smartfonlar üçün yeni əlavə Hindistanda hazırlanıb və yerli bazarda işləyir, tezliklə Hindistandan kənarda da işləyəcək.



Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024