Tarix:23/11/11
Daha sonra BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçura BMT baş katibi Pan Gi Munun təbrik məktubunu səsləndirib. Açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sərgi iştirakçılarını və qonaqları salamlayaraq, belə əhəmiyyətli tədbirin 17 il ərzində uğurla təşkil olunmasını yüksək qiymətləndirib.
Nazir bildirib ki, ölkə başçısının informasiya texnologiyaları sektorunu neft sənayesindən sonra prioritet sahə elan etməsi, ölkədə informasiya texnologiyalarının inkişafına və informasiya cəmiyyətinin bərqərar olmasına verdiyi önəm bu sahədə həyata keçirilən işləri stimullaşdırır.
Nazir milli iqtisadiyyatın təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara əsaslanan iqtisadiyyata inteqrasiya etməsini gələcək davamlı inkişafın lokomativi kimi qiymətləndirib.
Sektor üzrə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən danışan Ə.Abbasov “BakuTel” sərgisinin genişmiqyaslı layihələrin nümayiş etdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb.
Sonda sərgi və konfransın işinə uğurlar arzulayan nazir ölkə başçısına və BMT-nin baş katibi Pan Gi Muna sərgiyə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Sərgidə Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture, İslam Əməkdaşlıq Təşkilatının Baş katib müavini Əbdül Moiz Buxari, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiyalar üzrə Daimi Komitəsi (“COMSTECH”) nəzdində fəaliyyət göstərən Baş Assambleyanın Baş koordinatoru Atta-ur-Rəhman və bir sıra digər mötəbər qonaqlar iştirak edirlər.
Ənənəvi olaraq, “BakuTel” sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar.
“BakuTel 2011” sərgisində dünyanın 29 ölkəsindən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40 faizdən çox hissəsi yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri tərəfindən tutulub.
Həmçinin, ilk dəfə olaraq, bu sərgidə Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edir.
“BakuTel–2011” 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı öz işinə başlayıb
“BakuTel–2011” 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı öz işinə başlayıb. Sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “BakuTel–2011” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının iştirakçılarını təbrik məktubu oxunub.Daha sonra BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçura BMT baş katibi Pan Gi Munun təbrik məktubunu səsləndirib. Açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sərgi iştirakçılarını və qonaqları salamlayaraq, belə əhəmiyyətli tədbirin 17 il ərzində uğurla təşkil olunmasını yüksək qiymətləndirib.
Nazir bildirib ki, ölkə başçısının informasiya texnologiyaları sektorunu neft sənayesindən sonra prioritet sahə elan etməsi, ölkədə informasiya texnologiyalarının inkişafına və informasiya cəmiyyətinin bərqərar olmasına verdiyi önəm bu sahədə həyata keçirilən işləri stimullaşdırır.
Nazir milli iqtisadiyyatın təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara əsaslanan iqtisadiyyata inteqrasiya etməsini gələcək davamlı inkişafın lokomativi kimi qiymətləndirib.
Sektor üzrə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən danışan Ə.Abbasov “BakuTel” sərgisinin genişmiqyaslı layihələrin nümayiş etdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb.
Sonda sərgi və konfransın işinə uğurlar arzulayan nazir ölkə başçısına və BMT-nin baş katibi Pan Gi Muna sərgiyə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Sərgidə Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture, İslam Əməkdaşlıq Təşkilatının Baş katib müavini Əbdül Moiz Buxari, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiyalar üzrə Daimi Komitəsi (“COMSTECH”) nəzdində fəaliyyət göstərən Baş Assambleyanın Baş koordinatoru Atta-ur-Rəhman və bir sıra digər mötəbər qonaqlar iştirak edirlər.
Ənənəvi olaraq, “BakuTel” sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar.
“BakuTel 2011” sərgisində dünyanın 29 ölkəsindən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40 faizdən çox hissəsi yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri tərəfindən tutulub.
Həmçinin, ilk dəfə olaraq, bu sərgidə Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edir.
Baxış sayı: 1639
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı