12px13px15px17px
Tarix:23/11/11

Kembricdə qiyməti 25 dollar olan kompyuter yaradılıb (VİDEO)

Kembricdən olan mühəndislər qrupu 25 dollar qiymətində kompyuter yaradıblar. Ucuz və kiçik ölçülü olmasına baxmayaraq, yenilik proqramlarla, “HD”-video, “Blu-ray” diskləri və digər multimedia məlumatlarla işləmək üçün kifayət qədər aparat gücünə malikdir. Yeni mini-kompyuter “Raspberry Pi” adlanır.

Layihənin həmtəsisçisi və Kembric Universitetinin professoru Robert Mullinisin sözlərinə görə, onların hazırlaması, hər şeydən əvvəl, kiçik yaşlı məktəb uşaqları üçün nəzərdə tutulub.

Mini-kompyuterin qiyməti cəmi 25 dollardır, buna görə onu istənilən şəxs ala biləcək" - Mullinis bildirib. Kompyuter yalnız sistem lövhədən ibarətdir. Ona görə kompyuterdən tam istifadə üçün hələ klaviatura, monitor və “siçan” lazım olacaq.

Mullinisin sözlərinə görə, kompyuter 700 MHz takt tezlikli “ARM” prosessor və 256 MB fləş-yaddaşla təchiz edilib. O, “Linux” əsasında işləyir. Kompyuter ticarət bazarında 2012-ci ilin ortalarında çıxmalıdır.





Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024