12px13px15px17px
Tarix:23/11/11

İlham Əliyev “BakuTel-2011” sərgisi ilə tanış olmuşdur

Bakı Sərgi Mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “Bakutel-2011” sərgisi Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə təşkil olunmuşdur.

Bu il sərgidə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40 faizdən çox hissəsini yerli İT şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları və servis şirkətləri təşkil edir.

Diqqətə çatdırıldı ki, sərgidə ilk dəfə olaraq Avstriya, Belarus, Macarıstan, Fransa, İsrail, İspaniya, Kanada, Rumıniya, ABŞ, Türkiyə və digər ölkələrdən 18 milli ekspozisiya təqdim olunmuşdur.

Mərkəzin ikinci pavilyonunda isə Azərbaycan Respublikasının milli pavilyonu yerləşir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva milli və xarici pavilyonlarla tanış oldular.



Baxış sayı: 1485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024