12px13px15px17px
Tarix:25/11/11

Sürətli internetin son həddi müəyyənləşib

 “Cisco” və “Telia” şirkəti “DreamHack” festivalında 120 Qbit/s qoşulma  sürəti  olan əlaqə imkanı təqdim edib. Bu barədə  “Engadget” nəşri  yazıb. Onlar nəticəni “Ginnesin rekordlar kitabı”na salmaq istəyiblər.

 

Yençepinq və Stokholm şəhərləri arasında belə şəbəkə yaratmaq üçün təxminən, 6 ay ərzində 50 şəxsin səyi və 6,5 milyon dollar dəyərində avadanlıq lazım olub. “Cisco” və “Telia” nümayəndələrinin sözlərinə əsasən, şəbəkə 750 min istifadəçiyə eyni anda musiqiyə qulaq asmağa imkan yaradacaq. Yaxud filmi 0,047 saniyə ərzində yükləmək olar. Yeni şəbəkədə, məsələn, 1,3 milyard çinli eyni anda maneəsiz videozəng edə bilərdi.





Baxış sayı: 1299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024