12px13px15px17px
Tarix:28/12/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
 
Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.
 
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
 
31 dekabrda bütün “Şəbəkə“ xidmət mərkəzləri saat 9:00-dan 17:00-dək, 1 yanvar tarixində  saat  10:00-dan 17:00-dək, digər bayram günləri Mərkəzi Şəbəkə saat 09:00-18:00, digərləri isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.
 
Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.
 
Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.
 





Baxış sayı: 3112

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 İyul 2020

13 07 2020

13/07/20
Yeni texnologiya smartfona 5 dəqiqə ərzində 0-dan 50%-dək enerji toplamağa imkan verir

“Iqoo” şirkəti tərəfindən gücü 120 vatt təşkil edən sürətli enerjidoldurma texnologiyası işlənib hazırlan

13/07/20
“iPhone 12” haqqında təfərrüatlar bəlli olub

“iPhone 12” istehsal xəttinə məxsus smartfonlar ən azı 4 QB əməli yaddaşla təchiz ediləcək. Bu barədə ins

13/07/20
“Lenovo Yoga X” qurğusu “Android” planşet və portativ monitor funksiyalarını birləşdirəcək

“@Evleaks” təxəllüsü ilə tanınan amerikalı bloger Evan Blass Çinin “Lenovo” şirkətinin

13/07/20
İkinci rübdə istifadəçilər mobil proqramlarda aylıq 200 milyard saatdan çox vaxt keçiriblər

Koronavirus pandemiyası milyonlarla istifadəçinin həyatına ciddi təsir göstərib. Koronavirusa görə tətbiq

13/07/20
“Xiaomi” oyun konsolu formasında ucuz telefon təqdim edib

“Xiaomi” şirkətinin cihazlar çeşidinə qeyri-adi form-faktorda hazırlanmış orijinal yenilik daxil edilib.

13/07/20
On dörd düym ekranlı “Apple” noutbuku buraxılacaq

“Apple” şirkəti növbəti ildə “MacBook Pro” seriyalı noutbukların istehsalını bərpa edərək 14 və 16 düym d

13/07/20
Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək

Niderlandın Rotterdam şəhərinin hakimiyyəti “3D” printerdə tullantılardan hazırlanan çap edilmiş yeni kör

13/07/20
“Apple” rəhbəri İT sənayesində ən yüksək əməkhaqqı alan icraçı direktordur

“Apple” şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan