Azərbaycanın ilk rabitə peyki Bakıdan idarə olunacaq
Azərbaycanın ilk süni rabitə peykinin orbitə buraxılması üzrə işlər 2012-ci ilin IV rübündə başa çatdırılması planlaşdırılır. Artıq peykin inşasına başlanılıb. Bunu «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib. R.Nəbiyevin sözlərinə görə, hazırda həmçinin peykin yerüstü idarə olunması üçün əsas və ehtiyat mərkəzləri inşa olunur. Əsas mərkəz paytaxt Bakı yaxınlığında – Qala qəsəbəsində, ehtiyat mərkəz isə Naxçıvanda yerləşəcək.
R.Nəbiyev bildirib ki, layihənin ümumi dəyəri 250 mln. ABŞ dolları təşkil edir. Bu məbləğin 85%-i xarici kreditlər, qalan 15%-i isə dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilir və artıq ABŞ «Eximbank» və Fransanın «BNP Paribas» bankları ilə müvafiq kredit müqavilələri imzalanıb. «Azərkosmos» rəhbəri həmçinin vurğulayıb ki, növbəti, ikinci peykin 2015-ci ildə orbitə buraxılması planlaşdırılır.
Xatırladaq ki, «Azərkosmos»un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə kommersiya xarakteri daşıyır. İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur.
Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.
Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq. Qeyd edək ki, «Azərkosmos» ASC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur və hər birinin dəyəri 20 manat olan 2 mln. ədəd səhmin ümumi dəyəri 40 mln. manat təşkil edir.
Baxış sayı: 843
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı