12px13px15px17px
Tarix:28/11/11

Həmədan Ture Azərbaycan Texniki Universitetinin FƏXRİ DOKTORU adına liyiq görülmüşdür

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə ölkəmiz arasında qarşılıqlı faydalı və işgüzar münasibətlərin davamı olaraq, Azərbaycan BTİ-nin fəaliyyətində yaxından iştirak edir.BTİ-nin Baş katibi, cənab Həmədan Turenin təşkilata rəhbərliyi dövründə daim Azərbaycana isti münasibət göstərmiş və səfərləri zamanı BTİ ilə yeni, daha yüksək səviyyədə əməkdaşlığın əsasını qoymuşdur Azərbaycan Texniki Universitetinin böyük akt zalında Cənab Həmədan Turenin iştirakı ilə tədbir keçirilmişdir.

 

Tədbirdə müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə və Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında əlaqələrin genişləndirilməsindəki fəaliyyətinə görə, AzTU-nun Elmi şurasının 18 noyabr 2011-ci il tarixli qərarına əsasən, Cənab Həmədan Ture Azərbaycan Texniki Universitetinin FƏXRİ DOKTORU adına liyiq görülmüşdür.





Baxış sayı: 1203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024