12px13px15px17px
Tarix:22/06/11

Ziyarətçi reytinqində önə çıxan şəbəkələr

“Google İnc” korporasiyasına aid olan saytların aylıq auditoriyası 1 milyardı ötüb. “comScore” tədqiqat şirkətinin məlumatlarına əsasən, “Google” bir ay ərzində belə sayda unikal ziyarətçiləri cəlb edən internet-şirkətlərdən birincisi olub.
Reytinqdə ikinci yerdə “Microsoft”a aid olan saytlar olub. May ayında onların auditoriyası 905 milyon insan təşkil edib.
Ötən ay “Facebook” saytına təxminən 714 milyon insan daxil olub, bu da ona siyahıda üçüncü yeri tutmağa icazə verib. Bununla belə 1 il ərzində “Facebook” sosial şəbəkəsinin auditoriyası 30 faiz artıb, lakin eyni vaxtda “Google” saytlarına daxil olanların sayı 8,4 faiz və “Microsoft”a daxil olanların sayı isə 15 faiz artıb.
İstifadəçilərin saytda keçirdikləri vaxt üzrə isə “Facebook” hər iki rəqibi geridə qoyub. Marketoloqlar hesab edir ki, bu da gələcəkdə sosial şəbəkəyə reklam bazarında “Google”u sıxışdırmağa icazə verə bilər.



Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024