Bakının 3D modeli hazırlanır
Azərbaycanın İT şirkəti "İDRAK Technology Transfer" Bakı şəhərinin üçölçülü (3D) modelinin hazırlanması üzrə iş aparır. Bu barədə şirkətin vitse-prezidenti Ayaz Cəfərov məlumat verib. Cəfərovun sözlərinə görə, hazırda artıq paytaxtın bir neçə obyektlərinin və ərazilərinin 3D modelləri hazırlanıb. Bakının üçölçülü virtual modelini yaratmaq üçün dövlət dəstəyi lazımdır.
Belə ki, şirkət bu miqyasda layihəni özbaşına həyata keçirmək iqtidarında deyil. Təkcə paytaxtın üçölçülü virtual modelinin yaradılması üçün illər lazımdır.
Onun həyata keçirilməsi üçün zəruri şəraitin yaradılması, insan resurslarının, mütəxəssislərin cəlb edilməsi, avadanlıqların alınması və s. lazımdır. "Hazırda bu istiqamətdə müəyyən işlər aparılır. Biz təxminən Heydər Əliyev adına saray, Bülbülün Ev muzeyi, Bakıda Dənizkənarı Milli Parkın müəyyən hissələri və Gəncədə Şah Abbas məscidi ərazilərinin üçölçülü modelini hazırlamışıq.
Bu iş çox zəhmət, resurslar və vaxt tələb edir. Biz layihəni dövlət təşkilatlarının diqqətinə çatdırmaq niyyətindəyik. Məsələn, layihə FHN, DİN, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri kimi qurumlara maraqlı ola bilər", - Cəfərov bildirib.
Baxış sayı: 926
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır