Ağdamda rabitə şəbəkəsi yenidən qurulur
Ağdam rayonunda rabitə şəbəkəsi tamamilə yenidən qurulur. “Aztelekom”İB-nin baş direktor müavini, texniki direktor Zahir Vəliyev bildirib ki, rayonun Quzanlı qəsəbəsində 768 nömrə tutumlu EATS və 300 nömrə tutumlu CDMA tipli simsiz telefon rabitəsi istismara verilərək, genişzolaqlı internet xidmətlərinin təşkili üçün 48 portluq DSLAM avadanlığı quraşdırılmışdır.
Eyni zamanda, rayonun 7 kəndində (Xındırıstan-128, Qaradağlı-304, Əfətli-208, Mahrızlı-208, Dördyol-384, Rzalar-128 və Yeni qəsəbə -112) EATS-lər quraşdırılaraq kənd əhalisinin istifadəsinə verilib. Rayon şəbəkəsinin montaj tutumu 2556 nömrəyə çatdırılmışdır.
Rayonun 3 kəndində (Cəmənli-160, Bənövşələr-128 və Üçoğlan-128) yeni EATS-lər montaj olunmuş və birləşdirici xətlərinin tikintisi məqsədilə (tələb olunan FO kabelləri ayrılmışdır) işlər aparılır. Hal-hazırda Qaradağlı-Rzalar-Mahrızlı-Cəmənli arasında 6850 metr məsafədə FO kabeli çəkilmiş və kabeldə montaj quraşdırma işləri başa çatmışdır.
Çəkilmiş FO kabelinin üzərində olan 160NN tutumlu yeni quraşdırılmış Cəmənli EATS-i dövrəyə alınmış və daxili xətt şəbəkəsinin tikintisi üçün tədbirlər görülür. Əfətli EATS-i ilə Hacı Turalı arasında 2100 metr məsafədə “TPP-100x2” tipli kabel çəkilmiş, kənddə daxili şəbəkə quraşdırılaraq evlərə telefon çəkilişlərinə hazırlıq işləri aparılır.
Yeni Qəsəbə və Rzalar kənd EATS-lərində daxili xətt şəbəkəsinin bir hissəsi tikilmiş və kəndlərdə (Rzalarda-48 və Yeni Qəsəbədə-51 telefon çəkilmişdir) abunəçilərə telefon çəkilişləri aparılır. Rayonun 4 kənd EATS-lərinin birləşdirici xətləri müxtəlif tutumlu FO tipli kabellərlə, 2 kəndin birləşdirici xətti KSPP kabeli və 1 kəndin EATS-nin birləşdirici xətti isə RRX avadanlığı ilə təşkil olunmuşdur.
Quzanlı qəsəbəsində yeni inzibati-texnoloji binanın tikintisi üçün Layihə Smeta Sənədləri hazırlanmışdır. 3 ucqar kənddə əhalinin telefon rabitəsinə olan tələbatını ödəmək məqsədilə 2 ədəd 4 nömrə tutumlu və 1 ədəd 8 nömrə tutumlu Peyk rabitəsi avadanlığı quraşdırılaraq istismara verilmişdir.
Baxış sayı: 1352
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı