“Regional inkişafda İKT-nin artan rolu”
Noyabrın 23-25-də İstanbulda II Boğaziçi Regional Ortaqlıq Zirvə toplantısı baş tutub. “Conrad” otelində keçirilən konfransa 41 ölkənin rəsmiləri, iş adamları, alim və tanınmış siyasi-ictimai xadimləri qatılıblar. İlk dəfə ötən ilin dekabrda baş tutan zirvə toplantısı bu il əsasən “Regional dəyişiklik və inkişaf” mövzusuna həsr edilib.
Artıq Davosa rəqib kimi göstərilən Boğaziçi konfransı Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən təşkil edilir. Türkiyə prezidenti Abdullah Gülün himayəsi altında keçirilən bu sammitə Balkan ölkələri də daxil olmaqla Yunanıstandan Rusiyaya, Misirdən Liviyaya qədər bir çox ölkələr qatılıb.
Konfransın məqsədi siyasi, iqtisadi, mədəni və elmi sahələrdə sadəcə hökumətlərarası deyil, dövlətdən kənar təşkilatlar, xüsusilə də iş adamları arasında əlaqələr yaratmağa yardım göstərməkdir. Sammitdə Azərbaycan iş adamlarını Azercell Telekom MMC-nin prezidenti Ali Ağan təmsil edib.
Konfransın gümüş sponsoru kimi çıxış edən TeliaSonera Avrasiya-nın təşəbbüsü ilə tədbirin ikinci günündə telekommunikasiyaya dair xüsusi sessiya təşkil edilib. Bu sessiyada Azercell Telekom MMC-nin prezidenti Ali Ağan “Regional inkişafda İKT-nin artan rolu” mövzusunda çıxış edib.
Ali Ağan öz məruzəsində dünya və region üzrə İKT sahəsində baş verən yeniliklər, ÜDM-in inkişafında mobil rabitənin rolu, Azərbaycanda iqtisadi yüksəliş tendensiyaları, Azercell-in Azərbaycanın qeyri-neft sektorunda lider şirkət olması haqqında məlumatları səsləndirib.
Cənab Ali Ağan həmçinin ölkənin iqtisadi inkişafına Azercell-in verdiyi töhfə, şirkətin insanlara yatırdığı sərmayə, müştəri məmnuniyyətinin artırılması məqsədiylə görülən işlər barədə də danışıb. Beynəlxalq sammitdə həmçinin “Gənc liderlər və inkişaf”, “Maliyyə və Bankçılıq”, “Təhsildə universitetlərin rolu”, “Qadınların artan önəmi” və digər maraqlı mövzularda diskussiyalar təşkil edilib.
Baxış sayı: 1102
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır