“Facebook” bahalaşır
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz qiymətli kağızlarını 2012-ci ilin ikinci rübündə Nyu-York birjasında yerləşdirmək niyyətindədir. “Facebook” 100 milyard dollar dəyərində kapitallaşdırma qiyməti almağı və “İPO” gedişində investorlardan təxminən 10 milyard dollar cəlb etməyi planlaşdırır.
Sosial şəbəkənin cari ilin sonuna kimi yerləşdirmə üçün rəsmi sifariş verəcəyi gözlənilir. Analitiklər qeyd ediblər ki, “İPO” gedişində 10 milyard dollar cəlb etmək cəhdi – bu, texnologiya şirkətləri tərəfindən açıq bazarda ən böyük vəsait cəlb etməsidir.
Cəlb edilmiş vəsait həcminin əvvəlki rekordu Almaniyanın “İnfineon Technologies” şirkətinə aiddir; 1999-cu ildə 5,23 milyard dollar cəlb edə bilib. Qeyri-kütləvi şirkətlərin səhmləri ilə ticarət edən “SharePost” müstəqil meydançasının qiymətləndirməsinə əsasən, hal-hazırda “Facebook” kapitallaşdırması 66,6 milyard dollar təşkil edir.
Müstəqil ekspertlər 100 milyard dollar dəyərində “Facebook” kapitallaşdırma qiymətini açıq-aşkar artırılmış adlandırırlar və real “iPO” anına qədər 70-80 milyard dollara qədər aşağı salınacağını istisna etmirlər.
Hal-hazırda “Facebook” istifadəçilərinin bazası 800 milyonu ötür; şəbəkənin öz proqnozuna əsasən, yaxın 2 ildə şəbəkə istifadəçilərinin bazası 1 milyardı ötəcək, həm də auditoriyanın çox hissəsi mobil qurğu və internet-planşetlər vasitəsilə şəbəkədən istifadə edəcək.
Baxış sayı: 1338
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib