12px13px15px17px
Tarix:29/11/11

“İBM” serverlərin satışı üzrə mədaxilin həcminə görə “HP”-ni qabaqlayıb

2011-ci ilin 3-cü rübündə “İBM” korporasiyası həm serverlərin tədarükündə, həm də onların satışından əldə olunan mədaxildə artım olduğunu bildirdiyi halda, “Hewlett-Packard” (HP) şirkətində bu göstəricilər üzrə azalma müşahidə olunur.

 

“Gartner” analitik şirkətinin dərc etdirdiyi məlumatlara görə, serverlərin satışı “İBM”-ə 3,85 milyard dollardan çox qazanc gətirib ki, bu da ötən ilin göstəricilərindən 3,5 faiz çoxdur. Beləliklə, “İBM” serverlərin satışı üzrə əldə edilən mədaxilin həcminə görə birinci yeri tutub, bu göstərici nəzərə alınmaqla isə onun bazardakı payı 29,7 faiz təşkil edib.

 

2010-cu ilin üçüncü rübündə serverlər seqmentinin mədaxili üzrə birinci yeri tutan “HP” korporasiyası, indi satışın 3,6 faiz azaldığını qeyd edir. Belə ki, il ərzində mədaxil 3,94 milyard dollardan 3,8 milyard dollaradək azalıb. Bu, şirkətə “Gartner”-in siyahısında 29,3 faiz bazar payı göstəricisi ilə ikinci yeri tutmağa imkan verib.

 

Seqmentdə üçüncü yerdə 14,5 faiz bazar payı ilə “Dell”, dördüncü yerdə “Oracle” (6,2 faiz), beşinci yerdə “Fujitsu” (4,7 faiz) şirkətləri qərarlaşıb. Ümumilikdə, server seqmentində dünya üzrə mədaxil 5,2 faiz artaraq 12,3 milyard ABŞ dollarına çatıb, “DailyComm” yazır.

 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, “HP” şirkəti “İBM” korporasiyasından mədaxil üzrə geri qalsa da, bazarlara göndərilən serverlərin həcminə görə lider olaraq qalır, baxmayaraq ki, bu göstərici üzrə 3,1 faizlik azalma olub. Analitiklər qeyd edirlər ki, tədarük göstəriciləri qiymətləndirilərkən “HP”-nin bazar payı 29,2 faiz, “Dell”-in 21,8 faiz, “İBM”-in 12,1 faiz təşkil edib.





Baxış sayı: 1255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024