DİN elektron xidmətlərin göstərilməsinə başlayıb
Azərbaycan Daxili İşlər Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb. Nazirlikdən verilən məlumata görə, DİN-in internet saytında (www.gov.az) elektron xidmətlər bölməsi yaradılıb.
Həmin bölmə vasitəsilə vətəndaşlar bir sıra sənədlərin alınması və müraciətlərin olunmasını elektron formada həyata keçirəcəklər.
Belə ki, vətəndaşlar xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi), xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın, qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya), vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının dəyişdirilməsi, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və ölkə hüdudlarını tərk etmək üçün xüsusi nümunəli pasportların dəyişdirilməsi, sürücülük vəsiqələri, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün elektron qaydada müraciət edə bilərlər.
Həmçinin, daxili işlər orqanlarında xidmətə qəbul, məhkumluq barədə, arxiv arayışlarının verilməsi, mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi, itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi, yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumat əldə edilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və digər hərəkətlər üçün bu bölməyə daxil olmaqla elektron qaydada müraciət etmək imkanı qazanıblar.
Baxış sayı: 1582
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib