12px13px15px17px
Tarix:30/11/11

Android-qurğular ABŞ smartfon bazarının 40%-dən çox hissəsini təşkil edir

Nielsen şirkəti 2011-ci ilin üçüncü rübü üzrə ABŞ-da smartfon bazarının statistikasını dərc edib. Hal-hazırda ABŞ-da 44% abunəçi smartfon işlədir. Ən populyar smartfonlar reytinqində 42,8% bazar payı ilə Android ilə işləyən qurğular liderlik edir.

 

HTC şirkətinin smartfonları ABŞ smartfon bazarının 15%-ni tutur; Motorola Mobility və Samsung aparatları isə müvafiq olaraq10,4 və 10,1%-ni tuturlar.

 

Apple korporasiyası bazarın 28,3%-nə nəzarət edir. Research In Motion smartfonları Amerika smartfon bazarının 17,8%-nə sahibdir; Microsoft Windows Mobile və Windows Phone 7 ilə işləyən aparatların payı təxminən 6,1%-dir. Nielsen statistikası ABŞ-ın 22 min abunəçisi haqqında informasiyaya əsaslanır.





Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024