Tarix:10/04/20
Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar fəaliyyət göstərmir, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə qalmaq tövsiyə olunur. Bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.
Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcı bacarıqlarından istifadə edərək hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) izləyiciləri ilə #EvdəQalEvdəYarat həştəqi ilə, həmçinin "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini (fb.com/creative.az) qeyd (tag) edərək paylaşır və yaradıcılığı ilə pozitiv hislərə köklənərək virusla mübarizəni gücləndirir.
Ən çox bəyənilən paylaşımların müəllifləri dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
"Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumatı bu link vasitəsi ilə əldə etmək mümkündür.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşuldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" Portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur və yaradıcı texnologiyalar sahəsində fəaliyyət göstərən vətəndaşları bu aksiyaya qoşulmağa dəvət edir.Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar fəaliyyət göstərmir, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə qalmaq tövsiyə olunur. Bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.
Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcı bacarıqlarından istifadə edərək hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) izləyiciləri ilə #EvdəQalEvdəYarat həştəqi ilə, həmçinin "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini (fb.com/creative.az) qeyd (tag) edərək paylaşır və yaradıcılığı ilə pozitiv hislərə köklənərək virusla mübarizəni gücləndirir.
Ən çox bəyənilən paylaşımların müəllifləri dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
"Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumatı bu link vasitəsi ilə əldə etmək mümkündür.
Baxış sayı: 4460
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı