Azərbaycanda TV “online” ödənişə keçdi
Azərbaycanda xidmətlərin “online” ödənişi genişlənir. Artıq TV xidmətləri təqdim edən “Ailə TV” kabel televiziyası operatoru abonentlərin xidmət haqqını ödəmələrini rahatlaşdırmaq məqsədi ilə onlayn ödəniş sistemi tətbiq edəcək.
Bu məqsədlə “Azeri Card” və “Golden pay” şirkətləri ilə razılıq əldə edilib və hazırda müvafiq texniki işlər görülür. Bu ödəniş sisteminin üstünlükləri ondan ibarətdir ki, abonent evindən çıxmadan internet vasitəsi ilə “Ailə TV”-nin rəsmi İnternet saytı olan http://aile.tv/ internet ünvanına daxil olacaqlar və “Visa”, “Master Card”, “Maestro Card” plastik kartları vasitəsi ilə ödəniş edəcəklər.
“Online” ödəniş həyata keçirildikdən sonra “Ailə TV” kabel televiziyasının xidmətləri aktivləşəcək. “Online” ödənişlə yanaşı, abonentlər şəhərin müxtəlif nöqtələrində yerləşən elektron köşklər vasitəsi ilə də ödəniş həyata keçirə biləcəklər.
Qeyd edək ki, “Ailə TV” kabel televiziyası operatoru bu ilin sonuna kimi ödəniş kartlarını da satışa çıxarmağı planlaşdırır. Bundan əlavə, yaxın gələcəkdə “Ailə TV”-nin abonentləri SMS göndərmək vasitəsi ilə də ödənişlərini həyata keçirə biləcəklər.
Baxış sayı: 1379
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib