Tarix:22/06/11
Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və bələdiyyələrin növbəti reytinq cədvəli və hesabatı ictimaiyyətə təqdim edilib.
Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.
O.Gündüz ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər, hələ də ciddi problemlərin qaldığını bildirib. Xüsusilə informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğunu vurğulayıb.
Monitorinqin nəticələrinə əsasən, informasiya açıqlığı üzrə reytinq cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Sosial Müdafiə Fondu (55%) tutub.
Reytinq cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə, Bakı Metropoliteni, Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur. Müdafiə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları isə hələ də fəaliyyət göstərmir. 60 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 27 % təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 % artım olub.
“Dəyirmi masa”da RİTN–in nümayəndəsi Etibar Umudov, Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif, DİN–in nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev, AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, “Sahil” şirkətinin direktoru Vahid Qasımov, müstəqil ekspert Azər Həsrət , Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər nümayəndələr çıxış ediblər.
Monitorinqin metodologiyasının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olunub.
İnternet resurslarının monitorinqi aparılıb
Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz 6 ay ərzində 60 dövlət qurumunun və 15 bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını qeyd edib.Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və bələdiyyələrin növbəti reytinq cədvəli və hesabatı ictimaiyyətə təqdim edilib.
Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.
O.Gündüz ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər, hələ də ciddi problemlərin qaldığını bildirib. Xüsusilə informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğunu vurğulayıb.
Monitorinqin nəticələrinə əsasən, informasiya açıqlığı üzrə reytinq cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Sosial Müdafiə Fondu (55%) tutub.
Reytinq cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə, Bakı Metropoliteni, Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur. Müdafiə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları isə hələ də fəaliyyət göstərmir. 60 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 27 % təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 % artım olub.
“Dəyirmi masa”da RİTN–in nümayəndəsi Etibar Umudov, Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif, DİN–in nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev, AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, “Sahil” şirkətinin direktoru Vahid Qasımov, müstəqil ekspert Azər Həsrət , Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər nümayəndələr çıxış ediblər.
Monitorinqin metodologiyasının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olunub.
Baxış sayı: 2219
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib