12px13px15px17px
Tarix:03/12/11

“Cisco” şirkəti yeni planşet kompyuterləri hazırlayır

“Cisco” şirkəti müxtəlif ölçülü ekrana malik bir neçə yeni planşet kompyuteri hazırlayır. Bu barədə müvafiq məhsul bölməsinin direktoru Çak Fontana  bildirib.

 

Qeyd edək ki, “Cisco Cius” bu istehsalçının ilk planşetidir, o, keçən il işıq üzü görüb. Korporativ sinfə məxsus olan qurğu 7 düymlü sensor ekran, 1,6 QHz takt tezlikli “İntel Atom” prosessoru, videokonfranslar üçün ön kamera, 5 meqapiksel əsas kamera, “Wi-Fi” (IEEE 802.11a/b/g/n) kontrolleri, “3G”-modem, “Bluetooth 3.0” modulu, 32 QB tutuma malik fləş daşıyıcı və “SD” format yaddaş kartları üçün slotla təchiz edilib. Əməliyyat sistemi “Google Android”-dir.

 

Cənab Fontanın sözlərinə əsasən, “Cisco” şirkəti ekranı “Cius”-dan böyük olan planşet hazırlayır. Ehtimal ki, bu, təxminən 10-11 düymə malik sensor ekrandır. Qurğunu ABŞ-da 2012-ci ilin yazında təqdim etmək planlaşdırılır.

 

Bundan əlavə, şirkət 3,5 - 5 düymlü ekranla təchiz edilmiş mini-planşet istehsalını da nəzərdə tutur. Görünüşcə bu qurğular smartfona oxşayacaqlar.





Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024