“Google” yeni xidmət işə salır
“Wall Street Journal” qəzeti xəbərinə əsasən, “Google” şirkəti tezliklə internetdən alınmış malların ekspress-çatdırılması xidmətini aça bilər.
Xidmətin işə salınması imkanı aparıcı Amerika riteylerləri və təchizatçıları ilə müzakirə edilir. Alıcıların malları sifarişi etmə anından 24 saat ərzində ala biləcəyi güman edilir. Bu halda tədarük qiyməti aşağı olacaq.
Müşahidəçilər qeyd edirlər ki, malların sürətli çatdırılması sistemini istifadəyə verməklə “Google” şirkəti planetin əsas veb-mağazası olan “Amazon” şirkəti ilə rəqabət aparacaq.
Yeni xidmətin işə salınacağı müddət dəqiq bildirilmir.
ABŞ-da onlayn ticarət bazarının həcmi 177 milyard dollar dəyərində qiymətləndirilir. Amerikalılar internet vasitəsilə satınalmalara il ərzində təxminən 1000 dollar xərcləyirlər.
Baxış sayı: 1335
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib