Azərbaycanda internet-provayderlərin şəbəkəsinə daxil olan trafikin sürəti 29 Mbit/s-yə çatıb
Azərbaycanda istifadə edilən internet-servis-provayderlərin şəbəkəsinə daxil olan internet trafikin sürəti son ay ərzində 8 Mbit/s artaraq 29 Mbit/s-yə çatıb. Bu barədə şənbə günü Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkətinin statistik hesabatında deyilir.
Şəbəkənin yüklənmə dinamikası sutkanın vaxtlarından asılı olaraq dəyişir və ən böyük yüklənmə günorta saatlarına düşür. Gecə vaxtı bu göstərici 4 Qbit/s-yə qədər azalır ki, bu da noyabrın başlanğıcı ilə müqayisədə 1 Qbit/s çoxdur.
"Delta Telecom"un statistikasına əsasən, çıxan trafikin həcmi 6 Qbit/s-yə çatır. Bu göstərici sutkanın gecə vaxtı 1 Qbit/s-yə qədər aşağı düşür.Hazırda "AzNET" seqmentinin ümumi tutumu 100 Qbit/s-yə çatır.
"Delta Telecom"un trafikini öz aralarında 26 telekommunikasiya operatorları (dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və s.) bölüşür.
Dekabrın 3-nə olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan trafikin daha böyük həcmi dövlət internet provayderi "BakinterNet"in (27,17 faiz) payına düşüb. İkinci yeri 10,95 faiz payla "Uninet" ("Stream"in ticarət nişanı), üçüncü yeri isə "Stellford" ("Connect"in ticarət nişanı) şirkəti tutur - 10,65 faiz.
Qalan 51,2 faiz "Stellford" ("Connect"in ticarət nişanı), "DATAPlus", "Superonline", "Ultel", "Aztelekom", "AdaNet", "AzStarNet", "AzEuroTel", SMART, "Avirtel", "TransEuroCom", "Nakhchivan", "AzNET", Rabitə Nazirliyinin Məlumat-Hesablama Mərkəzi, "Caspel", "Bakcell", "Castel", "AzIntex", "IntraNS", "Azerin", "Azeronline", "DataCEll" və "QlobalNet" şirkətləri arasında paylanıb.
Baxış sayı: 1528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib