12px13px15px17px
Tarix:05/12/11

“SAP” şirkəti “SuccessFactors” şirkətini satın alır

“SAP” şirkəti Kaliforniyanın proqram məhsulları istehsalçısı “SuccessFactors” şirkətini satın almaq haqqında saziş bağladığını elan edib.

 

2001-ci ildə əsası qoyulmuş “SuccessFactors” firması kadr resurslarını idarə etmə üzrə "bulud" həllərin yaradılmasında ixtisaslaşıb. Şirkət 170 ölkədə təxminən 3500 sifarişçiyə xidmət edir.

 

Müqavilənin şərtlərinə əsasən, “SAP” korporasiyası “SuccessFactors” şirkətinin hər səhmi üçün 40 dollar ödəyəcək. Sazişin ümumi qiyməti nağd şəkildə 3,4 milyard dollar təşkil edəcək.

 

“SuccessFactors” şirkətini almaqla “SAP” korporasiyası insan resursları, istehsal və maliyyəni idarə etmə üzrə “PeopleSoft Enterprise” proqram həllini təklif edən “Oracle” korporasiyası ilə nisbətdə mövqeyini möhkəmləndirməyi nəzərdə tutub.





Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024