12px13px15px17px
Tarix:23/06/11

Azərbaycanın internet bazarı Asiya bazarının ümumi həcminin 0,4 faizini təşkil edir

İnternet İstifadəçilərinin Beynəlxalq Statistika Təşkilatı (İnternet World Stats) qlobal şəbəkənin istifadəçilərinin sayı ilə bağlı növbəti hesabatını dərc edib.
“İnternet World Stats”ın (IWS) yeni hesabatına görə, Azərbaycanda internet istifadəçilərinin sayı 3,689 milyon nəfərə çatır.
2011-ci ilin birinci yarısı üzrə vəziyyətə və iWS-in hesablamalarına görə, respublika üzrə internetə daxilolma səviyyəsi 44,1 faiz təşkil edir.
“İnternet World Stats”ın bundan əvvəlki (2010-cu il) hesabatında Azərbaycanda internet istifadəçilərinin sayı 3,69 milyon nəfərdən artıq (daxilolma səviyyəsi 44,4 faiz) göstərilmişdi, 2009-cu ildə isə bu göstərici 1,48 milyon istifadəçi təşkil edirdi.
İnternet istifadəçilərinin say səviyyəsinə görə Azərbaycan Ermənistanı, Gürcüstanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır. “iWS”-in hesabatına görə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında birincilik Qazaxıstana məxsusdur. Burada istifadəçilərin sayı 5,3 milyon nəfərdir.
Hesabata görə, Asiya ölkələri dünyadakı bütün internet istifadəçilərinin 44 faizini təşkil edir. Aşağıdakı cədvəldə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə göstəricilər təqdim olunub:

Ölkə
İnternet istifadəçiləri (2000-ci il)
İnternet istifadəçiləri (2011-ci il)
Əhalinin sayına nisbətdə istifadəçilərin faizi
Asiya üzrə istifadəçilərin faizi
Azərbaycan
12000
3 689 000
44,1
0,4
Gürcüstan
20000
1 300 000
28,3
0,1
Qazaxıstan
70000
5 300 000
34,1
0,6
Qırğızıstan
51600
2 194 400
39,3
0,2
Tacikistan
2000
700 000
9,2
0,1
Türkmənistan
2000
80 400
1,6
0
Özbəkistan
7500
7 550 000
30,8
0,8
Asiya üzrə cəmi
114 304 000
922 329 554
23,8
100





Baxış sayı: 1746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024