12px13px15px17px
Tarix:07/12/11

“Symantec”: Son 3 il ərzində ən aşağı spam səviyyəsi qeydə alınıb

“Symantec” şirkətinin məlumatına əsasən, 2011-ci ilin noyabr ayında son 3 il ərzində ən aşağı spam səviyyəsi qeydə alınıb. Ekspertlərin hesablamalarına əsasən, elektron "zibil" ötən ay bütün elektron məktubların təxminən 70,5%-ni təşkil edib.

Əlbəttə ki, bu göstərici heç də yaxşı deyil, lakin 90%-i ötmüş keçənilki göstəricilərlə müqayisədə nisbətən yaxşıdır. Spamın səviyyəsi 2011-ci ilin mart ayında əhəmiyyətli dərəcədə aşağı düşməyə başlayıb, belə ki, “Microsoft” korporasiyası hüquq orqanları və digər şirkətlər ilə birgə “Rustock bot” şəbəkəsinin fəaliyyətinə məhz bu vaxt son qoyub.

“Rustock bot” şəbəkəsi fəaliyyət göstərdikdə yoluxdurulmuş kompyuterlərdən hər gün 30 milyarda qədər spam göndərilib. “Symantec” şirkətinin baş mütəxəssislərindən biri Endi Uotsonun sözlərinə əsasən, hal-hazırda ən böyük spam-şəbəkə "Grum" botnetidir; onun payına göndərilən spamların təxminən 25%-i düşür.

Hesabata, həmçinin spam-göndərilmələrin ölkələr üzrə statistikası daxil edilib. Əvvəlki kimi siyahıda ABŞ liderlik edir, keçən ay bu ölkədən bütün spamların 28%-i göndərilib. Sonra 9% göstərici ilə Hindistan, Rusiya - 5,7%, Braziliya - 4,3% və Çin - 4% gəlirlər.



Baxış sayı: 1371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2024

11 11 2024