Tarix:07/12/11
Bakı Dövlət Universitetinin Azərbaycanda nanotexnologiyaların inkişafına sanballı töhfə verdiyini qeyd edən A.Məhərrəmov deyib: ”Prezident İlham Əliyevin 2004-cü ildə Buxarestə rəsmi səfəri zamanı BDU və Rumıniyanın ali məktəbləri, habelə elmi-tədqiqat mərkəzləri arasında nanotexnologiyalara dair müqavilələr imzalanmışdır”. Rektor əlavə etmişdir ki, 2005-ci ildə BDU-da Nanoaraşdırmalar Mərkəzi yaradılmışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə neft hasilatı sahəsində nanotexnologiyalar tətbiq edilir.
Qeyd edək ki, MDB-nin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun köməyi ilə keçirilən tədbirin operatoru “İnsiders” kommunikasiya qrupudur. Konfransın məqsədi praktiki təcrübə mübadiləsi aparmaq, MDB ölkələrinin aparıcı innovasiya şirkətlərinin nümayəndələrinin açıq dialoqu üçün imkan yaratmaq, perspektivli tərəfdaşlar axtarmaq və əməkdaşlıq haqqında ilkin razılaşmalara nail olmaqdır.
Azərbaycanda nanotexnologiyaların inkişafına dair dövlət proqramı hazırlanacaq
Azərbaycanda nanotexnologiyaların inkişafına dair dövlət proqramına hazırlıq gedir. Bu sahəyə yatırılan dövlət investisiyalarının həcmi ilbəil artır. Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dekabrın 7-də BDU-da açılmış “MDB: innovasiya tərəfdaşlığı” beynəlxalq konfransında səsləndirib.Bakı Dövlət Universitetinin Azərbaycanda nanotexnologiyaların inkişafına sanballı töhfə verdiyini qeyd edən A.Məhərrəmov deyib: ”Prezident İlham Əliyevin 2004-cü ildə Buxarestə rəsmi səfəri zamanı BDU və Rumıniyanın ali məktəbləri, habelə elmi-tədqiqat mərkəzləri arasında nanotexnologiyalara dair müqavilələr imzalanmışdır”. Rektor əlavə etmişdir ki, 2005-ci ildə BDU-da Nanoaraşdırmalar Mərkəzi yaradılmışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə neft hasilatı sahəsində nanotexnologiyalar tətbiq edilir.
Qeyd edək ki, MDB-nin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun köməyi ilə keçirilən tədbirin operatoru “İnsiders” kommunikasiya qrupudur. Konfransın məqsədi praktiki təcrübə mübadiləsi aparmaq, MDB ölkələrinin aparıcı innovasiya şirkətlərinin nümayəndələrinin açıq dialoqu üçün imkan yaratmaq, perspektivli tərəfdaşlar axtarmaq və əməkdaşlıq haqqında ilkin razılaşmalara nail olmaqdır.
Baxış sayı: 1185
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır