12px13px15px17px
Tarix:08/12/11

“Nokia” şirkəti, ehtimal ki, “Vertu” bölməsindən qurtulacaq

Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti lüks-telefonların istehsalı üzrə biznesinin satış imkanını müzakirə edir.

“Vertu” bölməsi 1998-ci ildə yaradılıb. Bu marka ilə olan mobil aparatlar bahalı materiallardan hazırlanır və qiymətli daşlarla bəzədilir. Qiyməti 300 min dollara qədər olan “Vertu”-telefonlar xüsusilə Rusiya, Asiya və Orta Şərqdə məşhurdur.

“Vertu” bölməsinin satışı üzrə sazişə “Goldman Sachs” bankının nəzarət edəcəyi bildirilir. Danışıqlar hələ ki başlanğıc mərhələsindədir.

“Vertu” markası dünyanın 60-dan çox ölkəsində təqdim edilib. Sazişin qiyməti haqqında informasiya hələlik yoxdur.

Güman edilir ki, “Nokia” şirkəti “Vertu” bölməsini satmaqla bütün diqqətini smartfon sahəsinin inkişafına cəmləmək istəyir. Hal-hazırda Finlandiya  istehsalçısı “Android” və "Ayfon" istehsalçılarına uduzur.




Baxış sayı: 1202

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024