12px13px15px17px
Tarix:09/12/11

Rabitə sistemi “Eurovision” müsabiqəsinə görə təkmilləşdirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda keçiriləcək “Eurovision” 2012” mahnı müsabiqəsində informasiya və kommunikasiya texnologiyalarının standartlara  cavab verməsi məqsədilə təsdiqlənən geniş tədbirlər planının icrasına başlayıb.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov bildirib ki, bu məqsədlə ciddi hazırlıqlar gedir və şəhərdə bütün informasiya və kommunikasiya texnologiyalarının müasir tələblərə cavab verməsi hədəflənib.”Burada alternativ rabitəni də nəzərə alacağıq. Bu, çox vacib bir məsələdir”.

 Qeyd edək ki, tədbirlər planında regionlar da nəzərdə tutulub. Belə ki, müsabiqənin keçiriləcəyi yerdən 3 istiqamətdə (“Aztelekom” İB, Gəncə şəhəri və İctimai TV ofisi) fiber-optik kabellə rabitənin yaradılması, STM-1 səviyyəsində kanalların təşkili və son avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulub.




Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024