Tarix:14/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, pilot layihənin işə salınma tarixini nazirlərlə keçirilən görüşdə ölkənin Baş naziri Çon Se Qyun açıqlayıb. Onun sözlərinə görə, “6G” şəbəkəsinin qurulması qabaqcıl texnologiyaların inkişafına, lazımi standartların təmin edilməsinə və patentlərin qeydiyyata alınmasına əsaslanır. Planın həyata keçirilməsi üçün Cənubi Koreya büdcəsindən beş il ərzində 200 milyon von ayrılacaq. Maliyyələşməyə 2021-ci ildən etibarən başlamaq nəzərdə tutulur.
Baş nazir qeyd edib ki, hökumətin “6G”nin qurulmasında standartın yüksək məhsuldarlığı və yüksək dəqiqliyinin daxil olduğu 10 strateji vəzifənin həllinə təkid edəcək. Yeni texnologiyalar qeydiyyata alındıqdan sonra 2026-cı ilin əvvəlində hökumət tərəfindən dövlətin hazırkı şəbəkə infrastrukturunun modernləşdirilməsi üzrə layihənin istifadəyə verilməsi planlaşdırılır. Əvvəlcə rəqəmli səhiyyə, immersiv kontent (konfransların məruzəçilərin şəxsi iştirakı olmadan təşkili imkanı), sürücüsüz avtomobillər, “ağıllı” şəhərlər və “ağıllı” istehsal kimi beş əsas sahədə infrastruktur modernləşdiriləcək.
Layihə müəllifləri ümid edir ki, “6G”də məlumat ötürmə sürəti saniyədə 1 terabayta çatacaq ki, bu da “5G” şəbəkəsindən 5 dəfə sürətlidir. Yeni standart siqnalın simsiz üsulla ötürülməsi zamanı 0,1 millisaniyəyədək, simli üsulla isə 5 millisaniyəyədək gecikmə ilə fərqlənəcək. Altıncı nəsil mobil rabitə şəbəkəsi Yer səthindən 10 kilometr yüksəklikdə fəaliyyət göstərəcək.
Nizam Nuriyev
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?
Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Koreya hökumətinə istinadən məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, pilot layihənin işə salınma tarixini nazirlərlə keçirilən görüşdə ölkənin Baş naziri Çon Se Qyun açıqlayıb. Onun sözlərinə görə, “6G” şəbəkəsinin qurulması qabaqcıl texnologiyaların inkişafına, lazımi standartların təmin edilməsinə və patentlərin qeydiyyata alınmasına əsaslanır. Planın həyata keçirilməsi üçün Cənubi Koreya büdcəsindən beş il ərzində 200 milyon von ayrılacaq. Maliyyələşməyə 2021-ci ildən etibarən başlamaq nəzərdə tutulur.
Baş nazir qeyd edib ki, hökumətin “6G”nin qurulmasında standartın yüksək məhsuldarlığı və yüksək dəqiqliyinin daxil olduğu 10 strateji vəzifənin həllinə təkid edəcək. Yeni texnologiyalar qeydiyyata alındıqdan sonra 2026-cı ilin əvvəlində hökumət tərəfindən dövlətin hazırkı şəbəkə infrastrukturunun modernləşdirilməsi üzrə layihənin istifadəyə verilməsi planlaşdırılır. Əvvəlcə rəqəmli səhiyyə, immersiv kontent (konfransların məruzəçilərin şəxsi iştirakı olmadan təşkili imkanı), sürücüsüz avtomobillər, “ağıllı” şəhərlər və “ağıllı” istehsal kimi beş əsas sahədə infrastruktur modernləşdiriləcək.
Layihə müəllifləri ümid edir ki, “6G”də məlumat ötürmə sürəti saniyədə 1 terabayta çatacaq ki, bu da “5G” şəbəkəsindən 5 dəfə sürətlidir. Yeni standart siqnalın simsiz üsulla ötürülməsi zamanı 0,1 millisaniyəyədək, simli üsulla isə 5 millisaniyəyədək gecikmə ilə fərqlənəcək. Altıncı nəsil mobil rabitə şəbəkəsi Yer səthindən 10 kilometr yüksəklikdə fəaliyyət göstərəcək.
Nizam Nuriyev
Baxış sayı: 805
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır